qis 2023

Fevralın 2-də Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçiriləcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Gazetakars” nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçiriləcək.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.

Paylaş: