Ermənilərə məxsus kvadrokopter məhv edildi – FOTO

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.
MN: Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib