65dab948d38fe65dab948d38ff170883309665dab948d38fc65dab948d38fd

İsrail Qəzzada 1,7 milyon fələstinlini məcburi köçkün vəziyyətinə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin administrasiyasının Qəzzadakı İnformasiya Ofisi məlumat yayıb.

“İsrail qadağan olunmuş beynəlxalq silahlardan istifadə etməklə Fələstin vətəndaşlarını öz evlərini tərk etməyə və məcburi köçkün olmağa vadar edir”, – deyə məlumatda bildirilib.

Bu arada, Fələstin liderinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi Riyad əl-Maliki Mahmud Abbasın Qəzza zolağına səfərinin baş tutmadığını açıqlayıb. 

“Biz Mahmud Abbasın Qəzzaya gedəcəyini bildirdik. Ancaq İsrail onun Qəzzaya girməsinə icazə verməyəcəyini bəyan etdi. Bu, Qəzzanın İsrailin hərbi işğalı altında olması deməkdir. Amma biz Mahmud Abbasın Fələstinin digər ərazilərinə səfər etməsi üçün İsraildən icazə istəmirik”, – deyə Maliki vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: