“Qətlə yetirilən direktor bu gün məktəbdə…” – AÇIQLAMA

“Bikə Əhmədova çox pozitiv xanım idi. Onun qətlə yetrilməsi bizi çox üzdü”.

Bu sözləri Globalinfo.az-a 59 saylı məktəbin adının çəkilməsini istəməyən müəllimi Xətai rayonunda qətlə yetirilən direktor haqda danışarkən deyib.

“O bu gün saat 14:30-a kimi işdə olub. İşdən də gülərək, şən əhvalda evə gedib. Bu günə kimi ailəsi ilə bağlı qəti bir söz deməyib. Təəssüf ki, belə oldu”.

Qeyd edək ki, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda bir ailənin üç üzvü – 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetirilib.

Qətlə yetirilən Bikə Əhmədova Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Mehman Əhmədov isə dəmir yolu işçisi olub. 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.

Zaira Akifqızı 

Globalinfo.az