Prezident Donald Trampın tənqidlərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna liderinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, tərəflər hava hücumundan müdafiə (HHM) sistemləri və “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı vəziyyəti müzakirə ediblər.
“Marko Rubio ilə danışdım və bu, mühüm məsələlərin müzakirə olunduğu məzmunlu söhbət idi. İlk növbədə, ballistik raketlərdən müdafiə üçün ələkeçirici raketlər məsələsini müzakirə etdik. Üçüncüsü isə Starlink/Starshield ətrafındakı vəziyyətdir. Bu sistemlərin fəaliyyətinin bərpası zəruridir”, – deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, tərəflər problemli məsələlərlə bağlı gələcək təmasları davam etdirmək barədə razılığa gəliblər.
Əliyar Xəlil
Globalinfo.az