kamran eliyev 9

Binəqədi və Nizami rayonlarının prokurorlarının yerləri dəyişdirilib. 

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olub. O, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Həmçinin Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Paylaş: