devlet

Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının iclasında çıxışı zamanı bildirib.

MHP lideri türk dövlətləri və xalqları arasında dialoq və qarşılıqlı əməkdaşlığın inkişafının türk dünyasının müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Onun fikrincə, Türk Dövlətləri Təşkilatı həm regionda, həm də beynəlxalq müstəvidə sülhün, sabitliyin və ədalətin təmin olunmasında mühüm rol oynaya bilər.

MHP sədri təşkilatın oktyabrın 29-30-da Türkiyənin ev sahibliyi ilə baş tutacaq 13-cü Zirvə Görüşünün əhəmiyyətini xüsusi vurğulayıb.

Paylaş: