Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç Üçüncü Dünya müharibəsindən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalist Kseniya Sobçakla müsahibəsində fikirlərini bölüşüb.
“Mən nə axmağam, nə də kor. Əgər Avropanın necə silahlandığını görmürsünüzsə, deməli, özünüzü görməzliyə vurursunuz. Bəs Avropa niyə silahlanır? Nə üçün? Bu, Çexovun dramlarını xatırladır: əgər birinci pərdədə səhnədə tüfəng asılıbsa, üçüncü pərdədə o, atəş açacaq. Avropa özünü Rusiyadan qorumağın zəruriliyindən danışaraq sürətlə silahlanır. Bunu kim görmür?” – deyə Serbiyanın keçmiş prezidenti bildirib.
Vuçiç qeyd edib ki, dünya müharibəsi ilə bağlı proqnozlarında yanılmış olsaydı, özünü dünyanın ən xoşbəxt insanı hesab edərdi.
Qeyd edək ki, Vuçiç qarşıdan gələn qlobal münaqişə ilə bağlı dəfələrlə bədbin proqnozlar səsləndirib. Məsələn, o, avqust ayında Üçüncü Dünya müharibəsinin, ehtimal ki, artıq başladığını və buna görə də onun qarşısını almağın çətin olacağını, lakin gərginliyin daha da artmasının qarşısını almağın mümkünlüyünü bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az