WhatsApp Image 2024 12 26 at 11.35.28

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” E190 tipli təyyarənin pilotu İqor Kşnyakinin həyat yoldaşı danışıb. Deyib ki, ərinin ölümü ilə bağlı rəsmi məlumat verilməyib. 

Globalinfo.az xəbər verir ki, Kşnyakinin həyat yoldaşı “RT”-yə açıqlamasında onun çox təcrübəli pilot olduğunu bildirib.

“Biz hazırda prokurorluqdayıq. Mənə hələ İqorun ölümü ilə bağlı rəsmi məlumat verilməyib. Yoldaşım çox təcrübəli və peşəkar pilot idi. O, uzun illərdir müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirib. Lakin neçə ildir xidmət göstərdiyini dəqiq bilmirəm”, – Kşnyakinin xanımı deyib.

Qeyd edək ki, təyyarədə olan 5 ekipaj üzvündən 3-nün həlak olduğu, ikisinin yaralı şəkildə xəstəxanaya çatdırıldığı açıqlanıb.

5431739638130796341

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: