6890c813091d76890c813091d817543188675178c26df0416b74a47dca2231992ad2

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində Səudiyyə Ərəbistanından turistlər ağır bədən xəsarətləri alıblar.

Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları – 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham – müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

XXX

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

6890c8133b1786890c8133b17917543188677c2fc6a61f7cf4a9e09fce0b0162d19a

Paylaş: