“Qəbələ” “Omoniya”ya məğlub oldu – FOTO

“Qəbələ” öz meydanında “Omoniya”ya 3-2 məğlub oldu.

Cavab qarşılaşması bir həftə sonra Kiprdə keçiriləcək.

***

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib – 2:2.

Əyyub Əllaş 62-ci dəqiqədə özünün və “qırmızı-qaralar”ın ikinci qoluna imza atıb.

***

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Qonaqlar hesabda önə keçiblər – 2:1.

***

Bezus ilk hissənin son dəqiqələrində komandasının bərabərlik topunu vurdu: 1-1.

***

Matçın 4-cü dəqiqəsində hesab açılır. Əyyub Allaş “Qəbələ”ni hesabda önə çıxarır- 1:0.

***

Konfrans Liqasında 2-ci təsnifat mərhələsində “Qəbələ” Kipr təmsilçisi “Omoniya”nı qəbul edir.

Globalinfo.az xəbər verir ki, matç saat 20:00-da başlayıb.

Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov də matçı izləyir.