Qazaxıstanda tələbələrə Heydər Əliyevin adını daşıyan mükafat verildi

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu “Azərbaycan Mərkəzi” İctimai Fondu ilə birlikdə Qazaxıstanın Atırau vilayətinin “Novruz” Azərbaycan etnik-mədəni birliyinin müəllim və tələbələrinin iştirakı ilə X.Dosmuhammedov adına Universitetdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və rəsmi qəbul baş tutub.

Globalinfo.az xəbər verir ki, konfrans çərçivəsində tələbələr arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi keçirilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun Başçısı Elçin Məmmədov Ümummilli Liderin Azərbaycan-Qazaxıstan münasibətlərinə verdiyi töhfələrdən, Ulu Öndər Heydər Əliyevin qazax xalqına xüsusi sevgisindən söz açıb.

X.Dosmuxamedov adına Atırau Universitetinin rektoru Salamat İdrisov çıxış edərək, Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin aspektlərindən danışıb, elmi-praktik konfransa işlərində uğurlar arzulayıb. A

zərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov, “Novruz” etnik-mədəni birliyinin sədri Eldar Məmmədov məruzə ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətindən danışıblar.

Daha sonra Xalel Dosmuhammedov adına Atırau Universitetinin qalib tələbələrinə Azərbaycanın Ümummilli Lideri və dövlət xadimi Heydər Əliyevin adını daşıyan mükafat təqdim olunub.

Zaira Akifqızı
Globalinfo.az