trampp

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlanması ilə bağlı təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ lideri mesajında müqəddəs ayın ruhən yenilənmə, dua, oruc, ailə və ictimai əlaqələrin gücləndirilməsi dövrü olduğunu vurğulayıb.

Eyni zamanda, azad ibadət hüququnun Amerika cəmiyyətinin əsas prinsiplərindən biri kimi önəmi qeyd olunub.

Tramp Ramazan ayı boyunca və qarşıdakı ildə ailələrə xoşbəxtlik, rifah, həmçinin dünyada birlik və sülh arzulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: