Qazaxıstanda Rusiya kanallarına qadağa

Qazaxıstanda Rusiya telekanallarına baxmağa imkan verən “Sputnik24” portalı hökumətin qərarı ilə qapadılıb.

Globalinfo.az xəbər verir ki, saytın bloklaması barədə xəbəri Qazaxıstan mətbuatı yayıb.

“Sputnik24” saytı Rusiyanın digər kanalları ilə yanaşı “Pervıy Kanal”, “Rossiya 24”, NTV və “Russia Today”ə baxmağa şərait yaradan resursdur.

Saytın bloklanmasına səbəb Qazaxıstan Respublikasının ərazisində lisenziyası olmayan televiziya və radio yayımı operatorlarının və avadanlıqlarının xidmətlərinə şərti giriş kartları haqqında məlumatların yayılması göstərilir.