photo 2025 11 27 00 47 24 1

Qazaxda evdə baş verən partlayış nəticəsində həmin evlə yanaşı daha bir ev və mağazaya ziyan dəyib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə hadisə şahidi Samir İsmayılov məlumat verib.

“Burada evin yiyəsi olan qız yaşayır. Dedi ki, qazı açdım, o biri otağın qapısını açanda partlayış oldu. Partlayış nəticəsində bizə də ziyan dəyib. Evimiz uçub, demək olar ki, yox vəziyyətindədir. Mağaza da qəzalı haldadır”, – Samir İsmayılov bildirib.

Paylaş: