Qazaxda yeni layihəyə start verildi

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarrına Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə “Qazax, Ağstafa və Tovuz rayonlarında İcmaların sosial problemlərinin həllində vətəndaş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsinin icrasına başlayıb.

Globalinfo.az xəbər verir ki, təşkilat layihə müddətində Qərb bölgəsinin bəzi icmalarında yaşayan  əhalinin öz problemlərinin həlli üçün səfərbər olunması, qərar qəbulu məsələlərində iştirakçılığının artırılması,habelə sosial problemlərin daha tez və effektiv həlli üçün yerli və ali hakimiyyətlə, vətəndaş dialogunun yaranmasına  dəstək olmağı planlaşdırır. Bunun üçün Qazax, Ağstafa və Tovuz rayonlarının hər birindən 3 kənd icması seçiləcək. İcmaların problemləri öyrəniləcək, onların  icma üçün əhəmiyyətlilik dərəcəsi müəyyən olunacaq və həllinə yardımçı ola biləcək vasitələr tapılacaq.

Bunun üçün, icma üzvləri arasında məlumat sessiyaları keçiriləcək, könüllülər müəyyən olunacaq.

-İcma üzvləri bəzi az xərc tələb edən işləri öz vəsaitləri hesabına həll etmələri üçün səfərbər olunacaq;

-Həmçinin böyük problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət və petisiyaların hazırlanması yolları göstəriləcək;

-“İctimai iştirakçılıq haqqında”və digər vətəndaş təşəbbüsləri və iştirakçılığını dəstəkləyən qanun və digər hüquqi sənədlər icma fəalları ilə müzakirə olunacaq;

-Görülən və görülməli işlər yerli mediada dərc olunaraq ictimailəşdiriləcək

Layihənin əsas məqsədi İcmaların yerli problemləri həll etmək üçün vətəndaş təşəbbüslərinin və iştirakçlığının dəstəklənməsi.Dövlət-Vətəndaş dialoqunun gücləndirilməsidir!

Təşkilat həmçinin,layihə vasitəsilə,

  • İcmaların problem ətrafında təşkilatlandırılmasına;
  • Problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılmasına;
  • Kənd əhalisinin problemlərinin həlli üçün hakimiyyət, QHT və yerli medianın səylərinin birləşdirilməsinə;
  • Könüllülük və fundreyzinq fəaliyyətinin təşviq edilməsinə nail olmağı planlaşdırır.
  • Qeyd edək ki, layihə bu ilin iyul-sentyabr aylarında həyata keçiriləcək.