Qazaxda iki uşağı ildırım vurdu, biri öldü

Qazaxda iki uşağı ildırım vurub.

Globalinfo.az-ın xəbərinə görə, Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən – 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.