314570 79i4yyiq8o

Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: