defn 1

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, onlarla azərbaycanlı həbs edilib.

k 9 k 10 k 11

***10:03

Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.

vida 2vida 1 vida 3 vida 4 vida 5 vida 6

q 1 q 2

***08:44

Rusiyanın Yekaterinburq şəhərində amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazəsi dəfn üçün Ağcabədiyə – qardaşı evinə gətirilib.

Globalinfo.az xəbər verir ki, mərhumlarla vida mərasimi keçirildikdən sonra rayonun Hacıbədəli kənd qəbiristanlığında dəfn mərasimi baş tutacaq.

Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib - FOTO qardaslar agcabediRusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib - FOTO

Paylaş: