Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib.
Globalinfo.az xəbər veri ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariyamühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 3230,81 hektarlıq sahədə təsdiq edilib.