d55329e2 bec9 47b5 a7fc 5c1b32a4593d qarabag726820655 251ce61985af6faceb967ec87bde0404

Növbəti tədris ilindən etibarən Qarabağ Universitetində ingilis və rus bölmələri ilə bağlı tələbə qəbulu aparılmayacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında bildirilib.

“Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur”, – paylaşımda qeyd edilir.

Paylaş: