“Qarabağ Universiteti ali təhsil sahəsində yeni yanaşmanı ortaya qoyur. Bu, yeni dövrün çağırışlarına cavab vermək üçün qurulan universitetdir”.
Globalinfo.az xəbər verir ki, “Bakcell”in Şuşada “İnnovasiyaların Qarabağda tətbiqi” mövzusunda təşkil etdiyi təlimdə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov deyib.
“Bu yaxınlarda tibb fakültəmiz və tibb klinikamız açıldı. Bütün fakültələrlə bağlı ayrı-ayrı strategiyalarımız var. Amma universitetin uzunmüddətli strategiyası hazırlanır”, – o bildirib.
Zaira Akifqızı
Globalinfo.az