Qarabağ ermənilərindən Bakıya görüşlə bağlı YENİ TƏKLİF

Xankəndidəki separatçı, saxta rejim Bakı ilə növbəti görüşün Xocalıda keçirilməsini dəstəklədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların oyuncaq “xarici işlər nazirliyi” məlumat yayıb.

Saxta “qurum” Bakı ilə danışıqların beynəlxalq səviyyədə tanınmış format çərçivəsində aparılmasını bəyan edib.

Qeyd edək ki, bundan öncə Bakı Qarabağ erməniləri ilə növbəti görüşün Azərbaycan paytaxtında keçirilməsini təklif edib. Separatçılar isə bu təklifi qəbul etməyiblər.

İlkin Həsənov
Globalinfo.az