Türkiyəli fenomen Dilan Polat və Engin Polat cütlüyü boşanır.
Globalinfo.az xəbər verir ki, bu barədə Dilan Polat sosial şəbəkə hesabında paylaşım edib.
“Bu dəfə qəti qərara gəldim! Onsuz da sən və ailən mənsiz daha xoşbəxt olarsınız deyə düşünürdüm. Sevgi, diqqət istəyirəm, mən izah etməyə çalışıram, amma sən məni anlamırsan.
Məndən sonra nə edirsiniz edin! Səninlə yollarımız bu gündən etibarən ayrılır”, – deyə o yazıb.
Engin Polat da bu paylaşıma belə reaksiya verib:
“Əslində sənin bu qərarsızlıqlarına mən dözdüm. Nə edirsən et, vecimə də deyil artıq”.
Qeyd edək ki, hər iki şəxs çirkli pulların yuyulması istintaqı ilə əlaqədar saxlanılmış və bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdı.