“Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı qərar

Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunun vaxtı açıqlanıb.

Globalinfo.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” arasındakı matç aprelin 7-də keçiriləcək.

Şanlıurfada oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməli olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.