“Qalatasaray” – “Fənərbağça” matçı Bakıda keçiriləcək?

“Ər-Riyaddan birbaşa Bakıya uçun” şüarı qısa zaman ərzində bütün sosial şəbəkələri əhatə edib.

Globalinfo.az xəbər verir ki, azərbaycanlı azarkeşlər “Qalatasaray” və “Fənərbağça” klublarına bununla öz dəstəklərini nümayiş etdiriblər.

Belə ki, Səudiyyə Ərəbistanının paytaxtında keçirilməsi nəzərədə tutulan “Qalatasaray” və “Fənərbağça” oyununa klubların Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəməsi yerli hökumət tərəfindən qəbul edilməyib və bu səbəbdən matç təxirə salınıb.

Bundan sonra Azərbaycanlı azarkeşlər oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı çağırış ediblər.

Qeyd edək ki, sözügedən çağırışa rəsmi münasibət bildirilməyib.

Xatırladaq ki, “Qalatasaray” və “Fənərbağça” arasında keçirilməsi nəzərdə tutulan Super Kubok matçından öncə insident yaşanıb. Belə ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək oyuna klublar Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəsələr də, yerli rəhbərlik buna icazə verməyib.

Əliyar Xəlil,

Globalinfo.az