“Qalatasaray” – “Fənərbağça” matçı təxirə salındı – ŞOK SƏBƏB

Türkiyə Super Kuboku matçı təxirə salınıb.

***21:33

“Qalatasaray” və “Fənərbağça” arasında keçirilməsi nəzərdə tutulan Super Kubok matçından əvvəl insident yaşanıb.

Globalinfo.az xəbər verir ki, klublar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək oyuna “Yurdda Sülh, Dünyada Sülh” pankartı və Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəsə də, yerli rəhbərlik buna icazə verməyib.

Türkiyə Futbol Federasiyası (TFF) insidenti həll etmək üçün səlahiyyətlilərlə danışıqlara başlayıb. TFF-dən verilən məlumata görə, matçdan əvvəl İstiqlal Marşının oxunacağı  vurğulanıb.

Səudiyyə Ərəbistanı rəhbərliyinin verdiyi qərarlar iki klubu hərəkətə keçirib. Belə ki, yaşanan olaydan sonra “Qalatasaray” klubunun prezidenti Dursun Özbek və “Fənərbaxça” klubunun rəhbəri Ali Koç TFF prezidenti Mehmet Büyükekşi ilə görüşüb.

Oyunun təxirə salınacağı ehtimal edilir.

Əliyar Xəlil,
Globalinfo.az