Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Berlin Divarı”nın yıxılmasından sonra NATO-nun gələcəyi ilə bağlı səsləndirilən pessimist proqnozların heç biri reallaşmayıb.

Globalinfo.az-ın xəbərinə görə, o, qeyd edib ki, NATO dəyişən şəraitə və asimmetrik təhdidlərə, xüsusilə terrorizmə uyğunlaşaraq mövqeyini daha da gücləndirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə alyans daxilində mühüm rolunu davam etdirəcək:

“Türkiyə kompleks hərbi potensialı, sürətlə inkişaf edən müdafiə sənayesi, strateji coğrafi mövqeyi və zəngin tarixi-mədəni irsi ilə NATO-da aparıcı rolunu davam etdirəcək”, — deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: