Putinin təhlükəli Qarabağ açıqlaması, Ərdoğanın mesajları – Əslində nə baş verir?

Türkiye ve Rusya arasında telefon trafiği: Erdoğan ile Putin, Çavuşoğlu ile  Lavrov görüştü

“Putinin tez-tez “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” məzmunlu açıqlamalar verməsi, təbii ki, ölkəmizdə müsbət qarşılanmır. Bu, beynəlxalq hüquqa hörmətsizlik və ərazi bütövlüyümüzü şübhə altına almaq cəhdidir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Putinin bu açıqlaması müəyyən məqsədə xidmət edir:

“Hesab edirəm, bu açıqlama Ermənistan ictimaiyyətinə yönəlib. Yəni Ermənistanın məğlubiyyətinin, Moskva-İrəvan uzaqlaşmasının səbəbkarının Paşinyan olduğu qabardılır. Bununla da Paşinyan erməni ictimaiyyyətinin hədəfinə çıxarılır.

Amma istənilən halda Azərbaycanın ərazi bütövlüyü mövzusu Rusiyanın, yaxud hər hansı bir ölkənin planının tərkib hissəsi olmamalıdır və ola da bilməz”.

Əli Zülfüqaroğlu

Ekspertin sözlərinə görə, Türkiyənin Azərbaycana dəstəyi yüksək səviyyədə davam edir:

“Ərdoğanın müharibənin gedişində “üçüncü qüvvələr Azərbaycana müdaxilə edərlərsə, Türkiyə artıqlaması ilə qarşılıq verəcək” deməsi Fransa ilə yanaşı Rusiyaya da mesaj idi. Türkiyə dövlət başçısı da qeyd edir ki, Rusiya da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə heç bir dövlət təhdid yarada bilməz. Bu baş verəcəyi halda “Şuşa Bəyannaməsi” işə düşəcək. Ona görə də düşünürəm ki, Rusiyanın Azərbaycana qarşı ənənəvi siyasətini davam etdirəcəyi mümkünsüzdür. Belə olarsa, Rusiyanın geosiyasi mövqeləri Türkiyə faktoru baxımdan çox ciddi şəkildə sarsıla bilər”.

Turan Rzayev
Globalinfo.az