“Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki korrupsiya qalmaqalı fonunda administrasiyasının rəhbəri Andrey Yermakı vəzifəsindən azad etmək fikrində deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” Kiyevdəki mənbələrə istinadən məlumat yayıb.
“Siyasi müzakirələrdə bilavasitə iştirak edən iki nəfər Zelenskinin bu həftənin sonunda geri çəkiləcəyini və Yermakı artan tənqidlərdən müdafiə edəcəyini deyib.
Andreyə qarşı kampaniya həm müxalifət, həm də Zelenskinin partiyası daxilində daha geniş narazılığın əlamətidir”, – deyə qeyd olunub.
Bundan əvvəl Ukraynanın “Avropa Həmrəyliyi” və “Səs” partiyaları Zelenskidən Yermak və Nazirlər Kabinetini istefaya göndərməyi tələb ediblər.
Əliyar Xəlil
Globalinfo.az