Putinlə bağlı xəbər Trampı özündən çıxardı: “Xəstə…”

bb8a01d2b9e176c3d6f7683f592d1e27 scaled

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Rusiya ilə əlaqələrini gözdən salmağa çalışanları “xəstə degenerat” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial media hesabında yazıb.

Donald Tramp qeyd edib ki, KİV-də Vladimir Putinin xüsusi nümayəndə Stiv Uitkoffu 8 saat gözlətməsi ilə bağlı yanlış xəbərlər yayılıb.

“Niyə axı onlar heç olmasa bir dəfə dürüst ola bilmirlər? Dünən axşam mən oxudum ki, guya Rusiya Prezidenti Vladimir Putin mənim hörmətli və xüsusi nümayəndəm Stiv Uitkoffu 9 saata yaxın gözlədib, həqiqətdə isə belə bir şey olmayıb. Onların bu hekayəni uydurmaqlarının bir səbəbi var: əlaqələri gözdən salmaq. Onlar sadəcə düzgün xəbər yazmağı öyrənməlidirlər”, – Tramp bildirib.

Aysel Əliyeva
Globalinfo.az