putin uzgun 2025

Moskvanın mərkəzində Rusiya Prezidenti Vladimir Putinin limuzinlərindən biri partlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Təxminən 330 min avro dəyərində olan “Arus Senat” markalı lüks avtomobilin mühərrikində baş verən yanğın salona yayılıb.

Nəşrin məlumatına görə, limuzin Rusiya Prezidenti yanında Aktivlərin İdarə Edilməsi Agentliyinə məxsusdur.

Maşında kiminsə olub-olmadığı hələlik məlum deyil və Rusiya hakimiyyət orqanlarından heç bir rəsmi açıqlama verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: