Putindən Zelenski ilə bağlı sərt sözlər… – İmtina

İsrail Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenskini “yəhudi xalqının utancı” adlandırdığı sözlərini şərh etməkdən imtina edib

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “NEWSru.co.il” saytı məlumat yayıb.

Məlumata görə, İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti hələlik Putinin sözlərini şərh etməyəcəklərini bildirib.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin Vladimir Zelenskinin milliyyətindən danışaraq, Ukrayna prezidentinin “yəhudi deyil”, “yəhudi xalqı üçün utanc” olduğunu söyləyib.