tramp si szinpin

“ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpini 2017-ci ildə Floridada baş tutan görüşdə necə hədələməsindən danışıb”.

Globalinfo.az xəbər verir ki, o, Suriyanı bombardman etməklə Szinpini təəccübləndirmək fikrində olduğunu söyləyib.

“Mən desertdən sonra ona dedim ki, cənab sədr, biz elə indicə Suriyada hava limanına 58 raket buraxdıq. Orada çoxlu yeni təyyarələr var, amma sizin adamlara heç bir təhdid olmayacaq” – deyə o bildirib.

Tramp daha sonra Szinpinlə təkbaşına ingiliscə söhbət etdiklərini deyib:

“O, yaxşı poker oyunçusudur. Əvvəlcə elə bildim, qəzəblənib. Mən yenə təkrarladım və biz söhbətə qayıtdıq. O tamamilə sakit idi”.

Tramp Szinipini Tayvana hücum etməməyə inandırdığını, əks təqdirdə Pekini 200%-lik gömrük tarifi və ticarətin tam dayandırılmasının gözlədiyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: