Berlin Rusiyanın qaz, neft və kömür tədarükünü digər kanallarla əvəz edə bilib.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Xabek deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin Avropanın qaz şantajı məsələsində uduzduğunu bildirib:
“Hazırda Almaniyanın anbarları 90 faiz doldurulub. Biz bu qışın öhdəsindən gələcəyik”.
Gülnar Səlimova
Globalinfo.az