Putin Qərbin zəif yerini tapdı – Zelenski

Bu qış Rusiya Prezidenti Putinin başqa arqumentləri olmadığı üçün dünyanı nüvə silahı ilə qorxudacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Fikrimcə, Putinin yalnız bir addımı qalıb. O da dünyanı nüvə silahı ilə qorxutmaq. Başa düşməlisiz ki, o, təkcə Ukraynanı yox, bütün Qərbi qorxudacaq. Baxmayaraq ki, əziyyət çəkən ilk növbədə Ukrayna və ukraynalılardır. O, Qərb partnyorları arasında bu kövrək yeri tapdı”, – Zelenski bildirib.