Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Orban Ukrayna böhranının diplomatik yolla həlli yollarının tapılmasında maraqlı olduğunu bildirib.
Liderlər Suriyadakı hadisələri də ümumilikdə Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.