Putin neçə faizlə qalibdir? – Yekun nəticələr

Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 15, 16 və 17-də ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib.

Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, Putinə 76 277 708 nəfər səs verib.

Bununla yanaşı, Nikolay Xaritanov 4,31, Vladislav Davankov 3,85, Leonid Slutskiy isə 3,2% səs toplaya bilib.

Putin Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı xalqa müraciət edib.