Putin Mahaçqaladakı partlayışdan danışdı

“Mahaçqalada baş verən və 35 nəfərin ölümünə səbəb olan partlayış hamımızı dərindən kədərləndirdi”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

“Baş verənlərdən dolayı hər birimiz kədərliyik. Həyatını itirənlərin ailələri, yaralananlar üçün kədərlənirik. Yaralılara təcili şəfalar diləyirik. Həyatını itirənlərin ailələrinə, xalqımıza başsağlığı veririk”, – deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən partlayışda 35 nəfər ölüb, 119 nəfər isə xəsarət alıb.