Putin “Krokus”da terror törədənlərin əsas məqsədini AÇIQLADI

“Terror aktını törədənlər Rusiyada ksenofobiya və islamofobiyanı artırmaq istəyiblər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, ölkə daxilində parçalanma və panikanın qarşısını almağa çağırıb.

“Son vaxtlar baş verən faciəvi hadisələrin kökündə milli ədavət, ksenofobiya və islamofobiya yaratmaq cəhdləri dayanır. Əslində, bu, terrorçuların və onların himayədarlarının əsas məqsədi idi. Onlar ölkəmizdə nifaq və çaxnaşma yaratmaq, nifrət toxumu səpmək, Rusiyanı daxildən parçalamaq istəyirdilər”, – Rusiya prezidenti bildirib.

Putin həmçinin qeyri-qanuni miqrasiyanın yayılmasına təsir edən ekstremizmin istənilən təzahürləri ilə mübarizənin zəruriliyini bəyan edib. Onun fikrincə, belə şəraitdə müxtəlif növ yalançı təbliğatçıların ideoloji missiyaları işə düşür.

Əliyar Xəlil
Globalinfo.az