Putin Ərdoğana zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasından bildirilib.

Məlumata görə, Putin Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə telefonla təbrik edib.

Söhbət zamanı Rusiya və Türkiyə dövlət başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük töhfəsini qeyd edərək bildirib ki, Türkiyə xalqının öz liderinə göstərdiyi dəstək müxtəlif sahələrdə əməkdaşlıq üçün perspektivlər açır.

Rəcəb Tayyib Ərdoğan təbrikə görə təşəkkürünü bildirərək, birgə əməkdaşlığa hazır olduğunu vurğulayıb.