Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı həyata keçirilən hücumlara sərt cavab veriləcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, Putib bu barədə hərbi düşərgədə çıxışı zamanı danışıb.
O bildirib ki, Rusiyaya qarşı yönələn istənilən hücum cavabsız qalmayacaq. Onun sözlərinə görə, Moskvanın cavab tədbirləri qarşı tərəfin addımlarından bir neçə dəfə daha güclü olacaq.
Rusiya lideri çıxışında ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini və Silahlı Qüvvələrin buna tam hazır olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az