LVWJT3UWTBFN7HGZLGL3TKH4TQ 900x640 1

Rusiya Prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifflə görüşə əvvəlcədən hazır olub və mümkün danışıqlar üçün qrafikində vaxt da ayırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Aqenstvo” Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.

“Lakin Retkliff tərəfindən gətirilən ismarıcın məzmunu prezidentə çatdırıldıqdan sonra görüşün keçirilməsi məqsədəuyğun hesab edilməyib. Retkliff Moskvaya Rusiya rəhbərliyinə müharibəyə ən qısa müddətdə son qoymaq üçün danışıqlar aparmaq çağırışı ilə gəlib. O, Rusiyanın hərbi və iqtisadi vəziyyətinin pisləşdiyini və Moskvanın daha da zəifləməsini gözləməkdənsə, indi müqavilə bağlamasının daha sərfəli olduğunu güman edirdi. Səfəri zamanı Retkliff Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşüb. Bu görüşlərdən sonra söhbətin məzmunu Putinə məruzə edilib, bundan sonra prezident MKİ direktoru ilə şəxsən görüşməkdən imtina edib. Onun ismarıcı elə təsir bağışlayırdı ki, sanki Zelenski artıq Poklonnaya təpəsində dayanıb durbinlə Kremli izləyir. Deyəsən, Retkliff ünvanı səhv salıb”, – mənbə bildirib.

Paylaş: