Priqojinin mirası kimə çatacaq?

“Vaqner”in təsisçisi Yevgeni Priqojindən qalan mirasla bağlı iş Federal Notariat Palatasının vərəsəlik işləri reyestrində yer alıb.

Globalinfo.az Publika.az xəbər verir ki, bu barədə “Kommersant” yazır .

Reyestrə əsasən, vərəsəlik işini Sankt-Peterburqun notariat palatasının notariusu Anatoli Akulenko açıb.

İctimai məlumatlara görə, Priqojin “Concord Catering” MMC və “Concord Management and Consulting” MMC-nin səhmlərinin 100 faizinə sahib idi. Bundan əlavə, o, “Ritm” MMC-nin 80 faizinə və Rusiyanın “Aurum” kino şirkətinin 49 faizinə sahib idi.

Qeyd edək ki, avqustun 23-də Priqojinə məxsus “Embraer Legacy 600” biznes-jeti Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə Priqojindən başqa “Wagner” PMC-nin komandiri Dmitri Utkin və daha 8 nəfər olub.

Təyyarənin qəzaya uğramasının səbəbləri məlum deyil. İndi İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə işi araşdırır.