Priqojin gizlicə Kremlə gəldi: Putin görüşdə ona deyib ki… – SİRR AÇILDI

“Vaqner” rəhbəri Yevgeni Priqojinin üsyandan sonra Kremldə Rusiya Prezidenti Vladimir Putinlə nələr danışdığı bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın “Liberation” nəşri Qərb kəşfiyyatına istinadən bildirib.

Qeyd olunur ki, Y.Priqojini iyulun 1-də Kremlə çağırıblar. Onu digər “Vaqner” komandirləri də müşayiət ediblər.

Hərbi birlik rəhbəri həmçinin Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov və  Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşdüyü də qeyd edilir. Görüşdə Kremlin onu izləməyəcəyi barədə zəmanət verilib.

Tamerlan Yayaqan
Globalinfo.az