340d6288 bbdf 4bd5 b494 d4691202fd8b scaled 1

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenski barədə sərt fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, o, “Patriota” Yutub kanalına müsahibəsində Zelenskini prezident rolunu oynayan komediyaçı adlandırıb.

“İlk dəfədir ki, belə siyasətçi ilə rastlaşıram. Ona nə ad verməliyik? O, siyasi aktyordur, nüfuz sahibidir, amma əslində komediyaçıdır. Yəni, keçmişi onu bu vəzifəyə hazırlamayıb”, – deyə Orban bildirib.

Macar baş nazir Zelenski ilə daha dərin münasibət qurmağa çalışdığını, lakin bunun mümkün olmadığını deyib.

Tahir Turan

Globalinfo.az

Paylaş: