ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin satışı və daşınması ilə bağlı əməliyyatlara qoyulan məhdudiyyətləri ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, bu tədbir 17 aprelə qədər tankerlərə yüklənmiş neft və neft məhsullarına şamil edilir.
Müvafiq əməliyyatlara 17 iyun 2026-cı il, saat 00:01-ə (Moskva vaxtı ilə 07:01) qədər icazə verildiyi vurğulanıb.
Sənədə əsasən, qərar Rusiyanın bir sıra bölgələri ilə bağlı əməliyyatlara şamil edilmir. Lisenziya Krım, Donetsk və Luqansk və ya Rusiyanın tərəfdaş ölkələri – İran, Kuba və Şimali Koreya ilə əlaqəli ticarət əməliyyatlarını əhatə etmir.
Tahir Turan
Globalinfo.az