7afbb2e7 43cb 3487 add0 7593c580c76c 850

 

 

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilib.

19:25

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş başlayıb.

Globalinfo.az bildirir ki, xəbəri TASS yayıb.

Görüş “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilir.

Xatırladaq ki, okttabrın 6-da Çex Respublikasının paytaxtı Praqa şəhərində “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı öz işinə başlayıb. Bu toplantıda iştirak edən dövlət və hökumət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da var. Hər iki liderin Praqada görüşü əvvəldən planlaşdırılıb.

890e9796 a162 3ef1 ac51 f7925c84e5f3 fd874be5 2f44 344c 92dd bdc3ae05c3cf 261c4d3e 9583 3b4c 8ed3 c1820634de17

Paylaş: