ABŞ Litvaya yeni hərbi kontingent göndərib.
Globalinfo.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda açıqlayıb.
O, bu qərarın həm Litvanın, həm də bütün regionun təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu deyib.
“Yeni ABŞ hərbi kontingenti Litvaya yoldadır. Litvanın təhlükəsizliyi və bütün regionun təhlükəsizliyi üçün mühüm olan bu qərara görə ABŞ Prezidenti Donald Trampa və ABŞ administrasiyasına təşəkkür edirik”, – deyə Nauseda bildirib.
Qeyd edək ki, 2019-cu ildən Litvada rotasiya əsasında ABŞ Silahlı Qüvvələrinin təxminən 1 000 hərbçidən ibarət ağır batalyonu yerləşdirilib. Batalyonun arsenalında “Abrams” tankları, “Bradley” piyada döyüş maşınları və “Paladin” artilleriya sistemləri olub.
2024-cü ilin noyabrında ABŞ rotasiyanın daimi əsasda həyata keçirilməsi barədə qərar qəbul edib. Lakin 2026-cı ilin iyununda ABŞ bu batalyonu Litvadan çıxarıb və ölkədə hərbi iştirakının gələcəyi ilə bağlı əlavə açıqlama verməyib.
Bundan əvvəl Litvanın Baş naziri Rusiyanın ölkəyə hücum edəcəyi təqdirdə “qarşılıq verəcəklərini” açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az