
Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki hərbi komissarlığın binasında partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
“Hadisənin təfərrüatları barədə məlumat verilmir. Ölənlərin olub-olmaması barədə xəbər yoxdur. Yerli hakimiyyət orqanları partlayışla bağlı məlumatı təsdiqləməyib”, – deyə bildirilib.
Qeyd edək ki, iyulun 3-də Poltava və şəhərə bitişik ərazilərdə silsilə partlayışlar olmuşdu.
Əliyar Xəlil
Globalinfo.az